16 
Sen
2022
18:00
332
18
2000
Virtual karabakh

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

16 Sen, 2022
18:00
2000

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

“Report” xəbər verir ki, 92 kq-da çıxış edən və mübarizəyə 1/8 finaldan başlayan idmançı ardıcıl olaraq, Maksvell Lemar (Kosta Rika) və Feyzulla Aktürkə (Türkiyə) qalib gəlib. Nurməhəmmədov finala gedən yolda Ceyden Koksla (ABŞ) qarşılaşacaq.

57 kq-da çıxış edən Əliabbas Rzazadə təsnifatda Kim Sonqvondan (Cənubi Koreya) üstün olsa da, 1/8 finalda Vanhao Zu (Çin) ilə bacarmayıb.

74 kq çəki dərəcəsindəki Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan), ardınca isə Jasmit Fulku (Kanada) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Yunis İmamiçoğayiyə (İran) uduzub. Rzazadə və Bayramovun rəqibləri finala çıxsalar, güləşçilər təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri