20 
Sen
2022
09:36
266
12
1192
Virtual karabakh

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi” - FOTO

20 Sen, 2022
09:36
1192

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaq idi. Komanda hesabında bürünc medal qazandıq. Buna çox sevinirəm”.

Bunları Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov “Report”a açıqlamasında deyib.

90 kq çəki dərəcəsində çıxış edən idmançı qarşıdakı planlarından da danışıb.

“Hədəflər, əslində, çoxdur. Qarşıda böyük dəbilqə turnirləri var. Amma əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədim həmin oyunlarda qalib olmaqdır”, - V.Talıbov əlavə edib.

78 kq-da çıxış edən qadın cüdoçu Nərmin Əmirli qarışıq komanda yarışında bürünc medal qazandıqları üçün çox sevindiyini söyləyib:

“Bu, çox gözəl hissdir. Komandama çox sağ ol deyirəm. Qızlar fərdi yarışda medal qazana bilmədilər. Amma yığma bizi sevindirdi. Burada hamının əziyyəti oldu. Məşqçilərimizə yanımızda olduqları üçün təşəkkür edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri