21 
Sen
2022
09:42
154
17
2102
Virtual karabakh

“Turan Tovuz”un legioneri: “Özümə yeni ev tapdığım üçün xoşbəxtəm”

21 Sen, 2022
09:42
2102

“Turan Tovuz”un legioneri: “Özümə yeni ev tapdığım üçün xoşbəxtəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özümə yeni ev tapdığım üçün xoşbəxtəm”.

“Report”un məlumatına görə, bunu “Turan Tovuz”un Cənubi Afrika Respublikasından olan futbolçusu Siyanda Xulu Azərbaycan təmsilçisinə keçidi ilə bağlı ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı müdafiəçi hələlik karyerasını xaricdə davam etdirmək istədiyini bildirib:

“İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə müqaviləm ləğv olunduqdan sonra da planım xaricdə qalmaq idi. Amma asan olmayacaq. Burada yeni mühit, mədəniyyət və liqa var. Ümid edirəm ki, mənim və “Turan Tovuz” üçün məhsuldar mövsüm alınacaq”.

Qeyd edək ki, “Turan Tovuz” avqustun 17-də Siyanda Xulu ilə bir illik müqavilə imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri