22 
Sen
2022
16:12
28
155
2121
Virtual karabakh

Şakira Pike ilə ayrılığından danışdı: “Bəzən mənə elə gəlir ki, bunların hamısı pis yuxudur”

22 Sen, 2022
16:12
2121

Şakira Pike ilə ayrılığından danışdı: “Bəzən mənə elə gəlir ki, bunların hamısı pis yuxudur”

Kolumbiyalı müğənni Şakira “Barselona”nın müdafiəçisi Jerar Pike ilə yollarını ayırdıqdan sonra ilk dəfə mətbuata danışıb.

O qeyd edib ki, Pikedən ayrılması tək özü yox, övladları üçün də çətin olub:

“Mən situasiyanın onlara mümkün qədər az təsir etməsinə çalışıram, lakin bu, inanılmaz dərəcədə çətindir: uşaqlar valideynlərinin ayrılığını qəbul etməyə çalışırlar və bu onları çox əsəbiləşdirir. Bəzən mənə elə gəlir ki, bunların hamısı, sadəcə, pis yuxudur və mən nə vaxtsa oyanacağam. Övladlarımın ataları ilə münasibətini xüsusi və müqəddəs hesab edirdim, amma indi məyusam”.

45 yaşlı pop ulduz qeyd edib ki, Pikeyə görə karyerasını arxa plana keçirib:

“Onun futbol oynaması və kuboklar qazana bilməsi üçün İspaniyaya köçdüm – bu, sevgi adına bir fədakarlıq idi. Bunun sayəsində övladlarımın əsl anası oldum və mən onlarla inanılmaz bir bağ yaratdım. İndi bu bizə yardım olur və münasibətlərimizi qoruyub-saxlayır. Deyə biləcəyim tək şey budur”.

Qeyd edək ki, Jerar Pike və Şakira futbolçunun xəyanəti səbəbindən 11 illik münasibətlərinə son qoyublar.

Mənbə: ELLE

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri