23 
Sen
2022
07:01
155
17
1507
Virtual karabakh

Federer vida matçında Nadalla birlikdə oynayacaq - FOTO

23 Sen, 2022
07:01
1507

Federer vida matçında Nadalla birlikdə oynayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi isveçrəli tennisçi Rocer Federer, sentyabrın 23-də Londonda Laver Kubokunda ispaniyalı Rafael Nadalla cütlükdə karyerasının son matçına çıxacaq. Bu barədə o, sosial şəbəkədə yazıb.

Federer və Nadal ABŞ təmsilçiləri Cek Sok və Frensis Tiafo ilə qarşılaşacaqlar. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, 41 yaşlı isveçrəli keçən həftə Laver Kubokunun karyerasının son turniri olacağını açıqlamışdı.

Xatırladaq ki, Federer səkkiz dəfə Uimbldon və beş dəfə ABŞ Açıq turnirinin qalibi olmaqla rekorda imza atıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri