23 
Sen
2022
13:52
101
23
2059
Virtual karabakh

“Barselona”nın keçmiş idman direktoru Neymarı dəfələrlə ağlatmağından danışdı

23 Sen, 2022
13:52
2059

“Barselona”nın keçmiş idman direktoru Neymarı dəfələrlə ağlatmağından danışdı

“Barselona”nın keçmiş idman direktoru Raul Sanyeyi Neymarın Kataloniya klubunda qaldığı son günlərdə braziliyalını komandada qalmağa necə razı salmağa çalışmasından danışıb.

“Mən dəfələrlə demişəm ki, bu məsələdə problem futbolçunun başındadır. Gənc özünü pis hiss edir, çoxlu şəxsi problemləri var, çaşqın və həssasdır. Beləliklə, “Barselona”dan qaçmaqla öz problemlərindən də qaçdığına inanırdı, əslində, onlarla üz-üzə gəlmək və ayrılmamaq lazım idi. Mən neçə dəfə onunla birbaşa danışmışam, o, dəfələrlə göz yaşlarına boğulub və mənə ruhdan düşdüyünü etiraf edib”, - deyə Sanyeyi bildirib.

Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan Fransanın PSJ klubuna keçib.

Ötən mövsüm PSJ 38 turda 86 xalla Fransa Liqa 1-in qalibi olub. Neymar 22 matçda iştirak edib və bu matçlarda 13 qol vurub, altı məhsuldar ötürmə edib.

Cari mövsümdə braziliyalı səkkiz oyunda səkkiz qol vurub və yeddi məhsuldar ötürmə verib ki, bu da klubun ən yaxşı göstəricisidir.

Mənbə: Marca

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri