23 
Sen
2022
11:14
139
15
2348
Virtual karabakh

Laurentsiu Regekampf: “Qarabağ”la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək”

23 Sen, 2022
11:14
2348

Laurentsiu Regekampf: “Qarabağ”la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək”

“Fasilədən sonra “Qarabağ”la oyunumuz var. Bu rəqiblə matçlar hansı səviyyədə olduğumuzu göstərəcək”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis görüşün əsl derbi ab-havasında oynanılacağını bildirib: “Tamaşaçıların çox olduğu stresli qarşılaşmaya çıxacağıq. Qələbə qazanacağıma ümid edirəm”.

Azərbaycandakı işindən də söz açan 47 yaşlı baş məşqçi burada çalışmağın xoş təcrübə olduğunu söyləyib:

“Amma hələlik ölkə futbolu haqqında fikir bildirmək tezdir. Hər liqanın öz cazibəsi var və bu təcrübə məni cəlb edir. Hələlik “Neftçi”də işlərim yaxşı gedir”.

O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində iki oyunun (2:1, 0:2) nəticəsinə görə Avstriyanın “Rapid” (Vyana) klubuna uduzaraq, mübarizəni dayandırmalarına da toxunub:

“Təəssüf ki, komandanı turnirə daha yaxşı hazırlamaq üçün kifayət qədər vaxtımız olmadı. Daha yüksək səviyyəli komandaya qarşı yaxşı oyunla məğlub olsaq da, mübarizəni davam etdirməliyik”.

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri