23 
Sen
2022
12:48
264
16
2213
Virtual karabakh

Renat Dadaşov: “Qələbə qazandığımız üçün çox şadam”

23 Sen, 2022
12:48
2213

Renat Dadaşov: “Qələbə qazandığımız üçün çox şadam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə qazandığımız üçün çox şadam”.

Bunu Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda “CBC Sport”a açıqlamasında deyib.

Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib:

“Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik”.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri