23 
Sen
2022
23:00
253
23
3410
Virtual karabakh

Millətlər Liqası: Gürcüstanla Estoniya millisi qrupun qalibi oldular - VİDEO

23 Sen, 2022
23:00
3410

Millətlər Liqası: Gürcüstanla Estoniya millisi qrupun qalibi oldular - VİDEO

Gürcüstan millisi 2022-ci il Millətlər Liqasında uğur qazanıb.  

Oxu.Az xəbər verir ki, yarışın beşinci turunda gürcülər Şimali Makedoniya komandası ilə üz-üzə gəliblər.

Makedoniyalılar qapıya dəfələrlə zərbələr vursalar da, hücumda heç nəyə nail olmayıblar. Gürcüstan komandası isə cəmi iki dəfə olsa da, hədəfə vurub və iki qola nail olub.

Gürcüstan 2:0 hesabı ilə qalib olub.

Nəticədə Gürcüstan 13 xalla qrup birinciliyini qazanıb.

Millətlər Liqasının növbəti püşkatmasında Gürcüstan komandası B liqasında çıxış edəcək.

Eyni zamanda Estoniya millisi də Millətlər Liqasının D qrupunda birincilik əldə edib.

Estoniya millisi Malta ilə qarşılaşıb. 45-ci dəqiqədən etibarən qonaqlar azlıqda oynayıblar və dərhal penaltidən qol buraxıblar.

Sonda Henri Anier Estoniyaya qələbə qazandırıb və klub qrupun qalibi olub - 2:1

Bununla Estoniya millisi qrup birinciliyi ilə yanaşı C Liqasında oynamaq hüququ da qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri