24 
Sen
2022
15:16
270
29
981
Virtual karabakh

Azərbaycan şahmatçısı: “Şuşa turniri heç vaxt unudulmayacaq”

24 Sen, 2022
15:16
981

Azərbaycan şahmatçısı: “Şuşa turniri heç vaxt unudulmayacaq”

“Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq”.

“Report” xəbər verir ki, bunu “Shusha Chess 2022” beynəlxalq turnirində iştirak edən Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva yarışın rəsmi saytına açıqlamasında deyib.

Milli komandanın üzvü turnirin gərgin mübarizə şəraitində keçdiyini bildirib:

“Burada maraqlı mübarizə izləyirik. Kifayət qədər gərgin qarşılaşmalar var. Klassik şahmat olmadığı üçün əvvəlcədən oyun barədə danışmaq çətindir”.

Təşkilatçılığı yüksək qiymətləndirən Beydullayeva turnirin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib:

“İlk dəfə keçirilməsinə baxmayaraq, təşkilatçılıqda problem görmədim. Şahmatçılara lazımi şərait yaradılıb. Əcnəbilər təşkilatçılıqdan razıdırlar”.

Onun sözlərinə görə, Şuşada insan təkcə şahmat barədə düşünmür:

“Şəhər hər birimizə çox maraqlıdır. Yarışın reallaşmasında əməyi olan bütün təşkilatçılara çox sağ ol deyirik. Şuşada şahmat turnirlərinin tez-tez olmasını arzulayırıq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri