24 
Sen
2022
18:35
209
30
2245
Virtual karabakh

Yan Voroqovski: “Azərbaycan millisini güclü komanda kimi tanıyırıq”

24 Sen, 2022
18:35
2245

Yan Voroqovski: “Azərbaycan millisini güclü komanda kimi tanıyırıq”

“Azərbaycan millisini güclü komanda kimi tanıyırıq”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqovski Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

“Bilirik ki, ölkənizdə “Qarabağ” kimi güclü klublar var. İstərdik ki, bizə də hörmət etsinlər”.

O, matçın çətin olacağını söyləyib:

“Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktika ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son iki oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik”.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri