25 
Sen
2022
16:21
362
14
1667
Virtual karabakh

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu - FOTO

25 Sen, 2022
16:21
1667

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisi şəhərində “wtt youth contender Tbilisi” turnirində bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri