25 
Sen
2022
21:54
1035
42
12791
Virtual karabakh

Millimiz Qazaxıstana böyük hesabla qalib gəldi - YENİLƏNİB + VİDEO

25 Sen, 2022
21:54
12791

Millimiz Qazaxıstana böyük hesabla qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşıb.

Oxu.Az xəbər verir ki, qrupdakı son oyunda millimiz böyükhesablı qələbəyə sevinib. 

Qazaxıstanın qapısından üç cavabsız top keçirən yığmamız qrup mərhələsini 10 xalla və ikinci pillədə başa vurub. 

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqlənib, daha bir qolu isə Maroçkin öz qapısına vurub. 

21:50

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, matçda üçüncü qol vurulub.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Anatoli Nuriyev millimizin üçüncü qolunun müəllifi olub. 

21:34

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, matçda ikinci qol vurulub.

Qarşılaşmanın 74-cü dəqiqəsində millimizin heyətində Filip Ozobiç hesab arasındakı fərqi artırıb - 2:0.

21:26

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, matçda hesab açılıb. 

Qarşılaşmanın 67-ci dəqiqəsində qazaxıstanlı futbolçu Maroçkin avtoqolla komandasını hesabda geri salıb. 

21:05

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, matçda ikinci hissə başlayıb. 

Hazırda hesab açılmayıb. 

20:50

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, matçda ilk hissə başa çatıb. 

İlk yarıda hesab açılmayıb. 35-ci dəqiqədə isə rəqib azlıqda qalıb. 

20:37

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində rəqib azlıqda qalıb. 

Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb. 

Hazırda oyunda hesab açılmayıb. 

20:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə start fiti səslənib.

Hazırda oyunda hesab açılmayıb.

19:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

Oxu.Az xəbər verir ki, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Oxu.Az xəbər verir ki, matçda

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri