26 
Sen
2022
10:56
145
15
5171
Virtual karabakh

“AVRO-2024”: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

26 Sen, 2022
10:56
5171

“AVRO-2024”: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində yer alacağı səbət bəlli olub.

“Report”un məlumatına görə, yığma püşkatmaya dördüncü səbətdən qatılacaq.

UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatmadığı üçün bəzi komandaların səbətləri dəqiqləşməyib.

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə (dəqiq deyil);

2-ci səbət: Çexiya (dəqiq deyil), Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya (dəqiq deyil), Norveç (dəqiq deyil), Serbiya (dəqiq deyil);

3-cü səbət: Ukrayna (dəqiq deyil), Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro (dəqiq deyil), İslandiya (dəqiq deyil), Finlandiya (dəqiq deyil), Albaniya (dəqiq deyil);

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya (dəqiq deyil), Kosovo (dəqiq deyil), Slovakiya (dəqiq deyil);

5-ci səbət: Kipr (dəqiq deyil), Bolqarıstan (dəqiq deyil), Şimali İrlandiya (dəqiq deyil), Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San-Marino.

Qeyd edək ki, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İştirakçı ölkələr hərəsində beş komanda olan yeddi və hərəsində altı kollektiv olan üç qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan üç vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Almaniya “AVRO-2024”ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri