28 
Sen
2022
12:34
147
20
1745
Virtual karabakh

“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna hazırıq”

28 Sen, 2022
12:34
1745

“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün oyunçularla birlikdə məşq edə bilmədik. Millidən qayıdan bəzi futbolçular bu gün məşqə qoşulublar. Bu gün tam heyətlə məşq etməli idik. Amma bunu sabah gerçəkləşdirəcəyik”.

Bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis oyun barədə inamlı olduğunu bildirib:

“Qarabağ”a qarşı oynayırıq. Hamı bu görüşə hazırdır. Motivasiya oyunun daxilindədir. Çox vacib qarşılaşma olacaq”.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” oyunu oktyabrın 1-də “Azərsun Arena”da keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri