28 
Sen
2022
19:52
284
34
3440
Virtual karabakh

Putinin seçkilərdə səlahiyyətli nümayəndəsi olmuş məşhur rusiyalı futbolçuya çağırış vərəqəsi gəlib

28 Sen, 2022
19:52
3440

Putinin seçkilərdə səlahiyyətli nümayəndəsi olmuş məşhur rusiyalı futbolçuya çağırış vərəqəsi gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya millisinin sabiq futbolçusu Diniyar Bilyaletdinov hərbi səfərbərlik idarəsindən çağırış vərəqəsi alıb.

Bu barədə futbolçunun atası Rinat Bilyaletdinov məlumat verib.

“Diniyar, həqiqətən də, çağırış vərəqəsi alıb. Emosiyalarımızdan danışmaq çətindir. Çünki o, xidmət etməyib. Onun hərbi xidməti idman təmayüllü olub. Bu isə 19 il əvvəl olub”, - deyə ata Bilyaletdinov vurğulayıb.

Qeyd edək ki, Diniyar Bilyaletdinov 1985-ci ildə Moskva şəhərində doğulub. Karyerasını “Lokomotiv” klubunda başlayan yarımmüdafiəçi “Spartak”, Rubin”, “Anji”, “Torpedo” klublarının formasını geyinib.

Diniyar Bilyaletdinov İngiltərədə oynamaq şansı da qazanıb. O, 2009-2012-ci illər aralığında “Everton”da çıxış edib.

Futbolçu karyerasını 2018-ci ildə bitirən Diniyar Bilyaletdinov məşqçilik fəaliyyətinə başlayıb.

O, 2012-ci ildə Rusiya Federasiyasının prezidentliyinə namizəd və hazırkı Prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi olub.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri