29 
Sen
2022
20:33
168
38
4931
Virtual karabakh

Azərbaycan derbisi: Biletlərin qiyməti AÇIQLANDI

29 Sen, 2022
20:33
4931

Azərbaycan derbisi: Biletlərin qiyməti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün biletlərin qiyməti bəlli olub.

Ağdam klubundan verilən məlumata görə, sentyabrın 30-u saat 11:00-da satışa çıxarılacaq biletlərin qiyməti sektorlara uyğun olaraq, 5-20 AZN arasında dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah yalnız onlayn qaydada (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.

Qeyd edək ki, oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri