29 
Sen
2022
23:25
20
159
2440
yuxarı
“Olimpiakos” “Qarabağ”la oyundan öncə yeni qapıçı transfer etdi
29 Sen, 2022
23:25
2440
20
159
“Olimpiakos” “Qarabağ”la oyundan öncə yeni qapıçı transfer etdi
Yunanıstan “Olimpiakos”u “Qarabağ”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edib.
Klubun rəsmi saytından verilən məlumata görə, Pirey təmsilçisi PAOK-un keçmiş qolkiperi Aleksandros Pasxalakisi heyətinə qatıb.
33 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb.
Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək