30 
Sen
2022
07:53
271
33
4146
Virtual karabakh

DÇ-2022-də davranış qaydaları: Yerli qadınlara toxunmaq olmaz

30 Sen, 2022
07:53
4146

DÇ-2022-də davranış qaydaları: Yerli qadınlara toxunmaq olmaz

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi turnir ərzində iştirakçılar və turistlər üçün ölkədə davranış qaydalarını dərc edib.

16 səhifəlik sənəddə akkreditə olunmuş şəxslər, habelə azarkeşlər üçün bütün təlimat və tövsiyələr sadalanır.

Təlimatın ilk hissəsi yerli sakinlərlə ünsiyyətə aiddir. Burada qeyd olunur ki, evə daxil olarkən ilk növbədə ən yaşlı şəxsə və “daha ​​yüksək statusa” malik olanlara salam vermək lazımdır.

Bildirilir ki, qətərli qadınlara toxunmaq və onlarla qucaqlaşmaq olmaz. Xanımlara müəyyən məsafə saxlayaraq şifahi salam verməyə icazə verilir. Qətərlilərlə, xüsusən də qadınlarla əl sıxmaq məsləhət görülmür.

İkinci hissədə ictimai yerlərdə davranış qaydaları təsvir olunur. Qətərlilərə nəzər salmaq “kobud və yersiz” hesab olunduğu üçün tövsiyə edilmir. Qeyd olunur ki, qətərli başqasına nə isə verirsə, onu sağ əli ilə almaq lazımdır. Ayaqları çarpaz oturmaq tövsiyə edilmir - bu, təhqir hesab olunur.

Həmçinin, ölkə qonaqlarına qadınlarla flört etmək məsləhət görülmür.

Üçüncü hissə dini məsələlərdən bəhs edir. Ölkəyə gələn qonaqlardan gündə 5 dəfə verilən azan zamanı yüksək səsli musiqini açmamaq xahiş olunur. Məsciddən başqa heç bir qanun qadınların çadra taxmasını tələb etmir, lakin onu “yerli mədəniyyətə inteqrasiya və hörmət göstərmək üçün” taxmaq yaxşı hal hesab olunur.

Dördüncü hissə geyim məsələlərinə aiddir. Ziyarətçilərdən təvazökar geyinmələri, çiyinlərini və dizlərini örtən paltarda gəzmələri xahiş olunur. Qadınlar uzun şalvar və ya ətək, sinə və boynu örtən üst paltar geyinməlidirlər. Qızlar üçün qolsuz köynəklər, qısa paltarlar və ya ətəklər, qısa toplar qəti qadağandır. Həm də paltarların çox şəffaf və ya sıx olması uyğun deyil.

Kişilərə dizlərini örtən şort geyinməyə icazə verilir. Dar şalvar, atletik şort geyinməmək tövsiyə olunur.

Sənədə əsasən, saat və ya nikah üzüyündən başqa zinət əşyaları qeyri-münasib sayılır. İslamdan başqa bir dinə aid hər hansı bir əşya varsa, onu paltarın altında saxlamaq xahiş olunur.

Qeyd edək ki, Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri