30 
Sen
2022
15:10
82
141
1736
Virtual karabakh

Mamadu Kane: “Neftçi” “Qarabağ”a qalib gələcək”

30 Sen, 2022
15:10
1736

Mamadu Kane: “Neftçi” “Qarabağ”a qalib gələcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” “Qarabağ”a qalib gələcək”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Mamadu Kane “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması barədə danışarkən deyib.

Hazırda müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan, lakin icarə əsasında “Pafos” klubunda çıxış edən qvineyalı yarımmüdafiəçi maraqlı oyun olacağını bildirib:

“Ölkənin iki köklü komandası üz-üzə gələcək. Baxımlı və gərgin mübarizə gözləyirəm. Məni bütün dünyaya tanıdan sevimli klubuma uğurlar arzu edirəm. Mən qazandığım hər şeyi “Neftçi”yə borcluyam. Qələbə onlarla olsun!”

25 yaşlı oyunçu Ağdam təmsilçisinə hörmətlə yanaşdığını söyləyib:

“Bu, hər zaman belə olacaq. Çünki “Qarabağ” əla komandadır. Təbii ki, eyni sözlər “Neftçi”yə də aiddir”.

“Ağ-qaralar”ın oyunlarını izləyə bilməyən Kane bu komandadan ayrıldığı üçün peşman olmadığını vurğulayıb:

“Çünki “Neftçi” ilə çempionluq yaşadım. Düşünürəm ki, komandadakı missiyamı layiqincə başa vurdum”.

Qeyd edək ki, Mamadu Kane 2019-2021-ci illərdə “Neftçi”nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. “Olimpiakos”la dörd illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsasında “ağ-qaralar”da oynayıb. Afrikalı futbolçu 2020/2021 mövsümündə “Neftçi” ilə ölkə çempionu olub.

Oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək “Qarabağ”-“Neftçi” matçı saat 18:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri