30 
Sen
2022
16:30
414
6
2350
Virtual karabakh

Milli Qəhrəman Fred Asifin oğlu dünya çempionu olub - VİDEO

30 Sen, 2022
16:30
2350

Milli Qəhrəman Fred Asifin oğlu dünya çempionu olub - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin oğlu Azər Məhərrəmov dünya çempionu olub. 

O, Fransanın Dyepp şəhərində keçirilən turnirdə parlaq çıxışı ilə diqqət çəkib. Bütün rəqiblərini məğlub edən azərbaycanlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Qeyd edək ki, dünya çempionatında qələbə sayəsində Azər ABŞ-də baş tutacaq “World Arnold Classic” yarışında iştirak hüququ qazanıb. 

Xatırladaq ki, qol güləşçimiz bir müddət əvvəl Polşanın Rumya şəhərində keçirilən Avropa çempionatında da 1-ci yeri tutub. 105 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan A.Məhərrəmov həlledici görüşdə polşalı Dariuş Popilekə qalib gəlib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri