30 
Sen
2022
21:50
135
20
1769
Virtual karabakh

“Qəbələ” son dəqiqə qolu ilə “Səbail”ə qalib gəldi - VİDEO

30 Sen, 2022
21:50
1769

“Qəbələ” son dəqiqə qolu ilə “Səbail”ə qalib gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Qəbələ” Bakıda “Səbail”in qonağı olub. “ASCO Arena”dakı görüş “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda bütün qollar ikinci hissədə vurulub. 44-cü dəqiqədə meydan sahiblərindən Qustavo de Fransa ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 54-cü dəqiqədə qonaqlardan İsnik Alimi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 7 dəqiqə sonra isə Ağabala Ramazanov penaltidən tarazlığı bərpa edib. Son nöqtəni isə 90-cı dəqiqədə Ülvi İsgəndərov qoyub.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Qəbələ” 4-cü pillədəki yerini qoruyub. 5 xalı olan “Səbail” isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun “Turan Tovuz” - “Zirə”, “Qarabağ” - “Neftçi” oyunları oktyabrın 1-də, “Şamaxı” - “Sabah” və “Sumqayıt” - “Kəpəz” matçları isə bir gün sonra keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri