Okt
2022
21:00
190
34
4686
Virtual karabakh

Derbini “Arsenal” qazandı, “Çelsi”dən əzmkar qələbə, “Liverpul”un “come-back”ə gücü çatmadı – YENİLƏNİB+VİDEO

1 Okt, 2022
21:00
4686

Derbini “Arsenal” qazandı, “Çelsi”dən əzmkar qələbə, “Liverpul”un “come-back”ə gücü çatmadı – YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında IX tur davam edir.

Oxu.Az xəbər verir ki, “Çelsi” səfərdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib.

“Liverpul” isə olduqca gərgin və dramatic keçən oyunda evdə “Brayton”la heç-heçə edib - 3:3

Meydan sahibləri erkən buraxdıqları iki qolla hesabda geri düşsələr də, sonradan toparlanıb üç qol vuraraq oyunda dönüş yaradıblar. Amma “Brayton”un hücumçusu Trossard 83-cü dəqiqədə het-trikini rəsmiləşdirərək komandasının səfərdən bir xalla qayıtmasını təmin edib.

İngiltərə Premyer Liqası
IX tur
1 oktyabr

“Bornmut” – “Brentford” - 0:0

“Kristal Pelas” – “Çelsi” - 1:2
Qollar:
Eduard, 7 - Obameyanq, 38, Qallaher, 90

“Liverpul” – “Brayton” - 3:3
Qollar:
Firmino, 33, 54, Uebster, 63-avtoqol - Trossard, 4, 17, 83

“Fulhem” – “Nyukasl” - 1:4
Qollar:
 Dekordova-Rid, 88 - Uilson, 11, Almiron, 33, Lonqstaff, 43, Almiron, 57

“Sauthempton” – “Everton” - 1:2
Qollar:
Aribo, 49, Maknil, 54 - Koudi, 52

17:25

İngiltərə Premyer Liqasının doqquzuncu turu çərçivəsində baş tutan “Arsenal” - “Tottenhem” matçında ev sahibləri böyük hesablı qələbə qazanıblar. 

Oxu.Az xəbər verir ki, “Emireyts Stedium”da baş tutan qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb.

Belə ki, “topçular”ın heyətində Tomas Parti fərqlənib, 1-0. 

Harri Keynin qolu isə özünü çox gözlətməyib. 31-ci dəqiqədə ingilis forvard penalti zərbəsindən hesabı bərabərləşdirib. 

İkinci hissə başlar-başlamaz ev sahibi yenidən hesabda önə keçib. Qabriel Jesus adını taploya yazdırıb, 2-1. 

62-ci dəqiqədə “Tottenhem”in sağ cinah yarımmüdafiəçisi Emerson kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 

Qarşılaşmanın 67-ci dəqiqəsində Qranit Jaka Martinellinin ötürməsini qola çevirərək ev sahiblərinin üstünlüyünü daha da artırıb, 3-1. Bu, oyunda vurulan son qol olub. 

Bu qələbədən sonra “Arsenal” liderliyini möhkəmləndirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri