Okt
2022
17:47
117
18
1544
Virtual karabakh

“Zirə” üç xalı üç qolla qazandı - VİDEO

1 Okt, 2022
17:47
1544

“Zirə” üç xalı üç qolla qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 26-cı dəqiqədə Natan Oduva fərqlənib. “Zirə”nin qollarını 33-cü dəqiqədə Coşqun Diniyev, 40-cı və 47-ci dəqiqələrdə Hamidu Keyta vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “qartallar” 5-ci pilləyə yüksəlib. Tovuz klubu 10 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2-1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri