Okt
2022
23:15
255
20
1348
Virtual karabakh

Avropa Kuboku: Cüdoçularımız ilk gündə altı medal qazandı – FOTO

1 Okt, 2022
23:15
1348

Avropa Kuboku: Cüdoçularımız ilk gündə altı medal qazandı – FOTO

Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa Kubokunun ilk günündə 6 medal qazanıb.

Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 60 kq-da final görüşündə ölkənin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib. Nəticədə Yelkiyev 1-ci, İsmayılov isə 2-ci yeri tutub.

66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı Patrik Vayzerə də qalib gələn cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev 3-cü yer uğrunda görüşdə italiyalı Françesko Karqneluttidən güclü olub.

73 kq-da çəki dərəcəsindəki final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib çıxıb. Mirzəyev isə gümüş medala layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri