Okt
2022
14:28
146
16
1309
Virtual karabakh

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli oldu

2 Okt, 2022
14:28
1309

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci günə start verilib.

“Report”un məlumatına görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ilk olaraq körpücük üzərinə 73 kq-da mübarizə aparan atletlər çıxıb.

Yaşı 20-yədək olan idmançılar arasında toplam 253 kq (111+142) nəticə göstərən Rəhim Kazımov qızıl medal qazanıb. 208 kq-ın (92+116) öhdəsindən gələn Nəcəf Nəzərov gümüş, 201 kq (86+115) nəticə ilə Kamal İsmayılov bürünc medala sahib çıxıb.

23 yaşadək ağırlıqqaldıranların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq-la (120+142) Kənan Xəlilov qalxıb. Sonrakı pillələrdə müvafiq olaraq 251 kq (110+141) nəticə ilə Ruslan Həsənov və 206 kq-la (100+106) Nizami Həsənov qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri