Okt
2022
20:37
173
30
2537
Virtual karabakh

FİFA və UEFA İndoneziya stadionundakı faciə ilə bağlı başsağlığı verib - VİDEO

2 Okt, 2022
20:37
2537

FİFA və UEFA İndoneziya stadionundakı faciə ilə bağlı başsağlığı verib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino İndoneziya futbol çempionatı oyunundan sonra baş verənlərdən bütün futbol dünyasını sarsıldığını bildirib.

“Bu, futbolla bağlı hər kəs üçün qara gündür. Bu faciə başa düşülən deyil.

Hadisə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu çətin zamanda FİFA-nın və bütün dünya ictimaiyyətinin kədəri və duaları qurbanlarla, zərər çəkənlərlə, eləcə də bütün İndoneziya xalqı, Asiya Futbol Konfederasiyası, İndoneziya Futbol Assosiasiyası və İndoneziya Futbol Liqası ilədir”,- deyə İnfantino bildirib.

Analoji bəyanat Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) trəfindən də yayılıb.

Qeyd edək ki, İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində baş verən qarışıqlıqda azı 174 nəfər ölüb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri