2 
Okt
2022
19:17
131
112
5785
yuxarı
Mançester derbisində 9 qol: “Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi – VİDEO
2 Okt, 2022
19:17
5785
131
112
Mançester derbisində 9 qol: “Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi – VİDEO
İngiltərə Premyer Liqasının IX turu Mançester derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, turun mərkəzi görüşündə “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.
“Ettihad” stadionunda baş tutan, gərgin və maraqlı keçən derbidə qapılara 9 qol vurub.
“Mançester Siti” “qırmızı şeytanlar”ı meydana çıxmağa peşman edib - 6:3.
İngiltərə Premyer Liqası
IX tur
2 oktyabr
“Mançester Siti” – “Mançester Yunayted” – 6:3
Qollar: Foden, 8, 44, 73, Haaland, 34, 37, 64 - Antoni, 56, Marsial, 84, 90+1 (pen.)
“Şəhərlilər” bu qələbə ilə xallarını 20-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkəmləndirib, “Mançester Yunayted” 12 xalla 6-cıdır.
Siyahıya 21 xalla “Arsenal” başçılıq edir. “Tottenhem” 17 xalla 3-cüdür.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək