Okt
2022
21:17
202
20
1228
Virtual karabakh

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başladı

3 Okt, 2022
21:17
1228

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, ilk turda rəqib müvafiq olaraq, İngiltərənin “Şarks” və Fransanın “Filidor” kollektivləri olub.

“Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, "Odlar Yurdu" isə 2,5:1,5 hesabı ilə məğlub edib.

Avropa Şahmat Klub Kuboku

I tur

Kişilər

“Şarks” (İngiltərə) - “Vüqar Həşimov” (Azərbaycan) - 0,5:5,5

Peter Robertson - Rauf Məmmədov - 0:1

Racat Makkar - Vüqar Əsədli - 0:1

Ceyms Morebi - Əhməd Əhmədzadə - 0,5:0,5

Adam Bremner - Ülvi Sadıqov - 0:1

Hyu Mörfi - Xəzər Babazadə - 0:1

Liam Varnam - Anar Allahverdiyev - 0:1

Qadınlar

“Odlar Yurdu” - “Filidor” (Fransa) - 2,5:1,5

Günay Məmmədzadə - Altan Uzi Enxtuul - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Annar-Mari Klek - 1:0

Gülnar Məmmədova - Mariya Navrotesku - 0:1

Xanım Balacayeva - Appolina Tomas - 1:0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri