Okt
2022
18:03
12
172
1584
Virtual karabakh

Ansi Aqolli: “Olimpiakos”un qələbəyə ac olması “Qarabağ”a problem yarada bilər”

5 Okt, 2022
18:03
1584

Ansi Aqolli: “Olimpiakos”un qələbəyə ac olması “Qarabağ”a problem yarada bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəqib iki turdan sonra xal qazana bilməyib və qələbəyə acdır. Bu isə müəyyən problem yarada bilər”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli “köhlən atlar”ın Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

Albaniyalı veteran müdafiəçi bildirib ki, Pirey təmsilçisi ölkənin ən yaxşı və böyük tarixə malik zəngin komandalarından biridir:

“Bu səbəbdən doğma azarkeşlər önündə sonadək mübarizə aparıb, müsbət nəticə əldə etməyə çalışacaqlar. Ümumiyyətlə, yunan klubları evdə çox güclü oynayırlar. Azarkeşlərin də dəstəyi ilə rəqibi ciddi təzyiq altında saxlayırlar. Stadionda çılğın atmosfer olacaq. Amma “Qarabağ”ın təzyiqlə mübarizə təcrübəsi var. Sadəcə, öz oyununu oynamalıdır. Bu, komandanın təzyiq altında və yaxşı futbolçulara qarşı oynayacağı ilk qarşılaşma deyil”.

39 yaşlı keçmiş oyunçunun sözlərinə görə, Ağdam təmsilçisi diqqətli və konsentrasiyalı olmalıdır:

“Oyun çətin keçə bilər. Amma matçın tempinə nəzarət edib, soyuqqanlı olsalar, səfərdən sərfəli nəticə ilə qayıda bilərlər. Məncə, “Qarabağ”ın bunu etmək vərdişi var”.

O, “Qarabağ”ın mövsümə çox yaxşı başladığını söyləyib:

“Nant”la oyun buna çox gözəl nümunədir. 90 dəqiqə ərzində Azərbaycan çempionunun ifasında çox baxımlı oyun izlədik”.

2016/2017 mövsümündə Ağdam klubunun heyətində Avropa Liqasında Yunanıstanın digər təmsilçisi PAOK-la eyni qrupda yer aldıqlarını xatırladan Aqolli hər iki qarşılaşmada rəqibi məğlub etdiklərini vurğulayıb:

“Çətin oyun olmuşdu. Ümumiyyətlə, bu səviyyədə heç nə asan deyil. Düşünürəm ki, “Olimpiakos”la da çox maraqlı oyun olacaq”.

Xatırladaq ki, Ansi Aqolli 2012-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri