Okt
2022
21:35
285
26
3079
Virtual karabakh

“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

5 Okt, 2022
21:35
3079

“Qarabağ” azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” azarkeşləri Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün “Georgios Karaiskakis” stadionuna mühafizə xidmətinin müşayiəti ilə gedəcək.

Ağdam təmsilçisindən Oxu.Az-a verilən məlumata görə, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən “Marble” stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq.

“Qarabağ”azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri