Okt
2022
13:27
9
61
1253
Virtual karabakh

ASCO “Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

6 Okt, 2022
13:27
1253

ASCO “Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi KİV-lərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanasından oğlan tələbələrin hamısının çıxarılması, otaqların isə “Səbail” futbol klubunun legioner üzvlərinə verilməsinə dair yayılan məlumat həqiqəti əks etdirmir”.

Bu barədə ASCO-nun yaydığı məlumatda qeyd edilib.

“ASCO olaraq bildiririk ki, ADDA-nın yataqxanası ümumilikdə 312 yerlikdir. Hazırda burada 292 tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları deyil, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilmişdi.

Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Səbail”in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə həmin 20 yerə müraciətlərə uyğun tələbələr yerləşdiriləcəklər”, - deyə açıqlamada qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri