Okt
2022
09:56
17
146
1443
Virtual karabakh

Argentinada polislə futbol azarkeşləri arasında toqquşma: Bir nəfər ölüb – VİDEO

7 Okt, 2022
09:56
1443

Argentinada polislə futbol azarkeşləri arasında toqquşma: Bir nəfər ölüb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Argentina çempionatının “Ximnasiya və Esqrima” - “Boka Xuniors” oyununda azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

İnsident bəzi azarkeşlərin biletlərinin olmasına baxmayaraq stadiona buraxılmamasından sonra başlayıb.

Nəticədə azarkeşlər stadionun əməkdaşlarına hücum edib və polis təhlükəsizliyi təmin etmək məqsədi ilə rezin güllə və gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma nəticəsində azarkeşlərdən biri həyatını itirib.

Olaylarla əlaqədar oyunun baş hakimi qarşılaşmanı doqquzuncu dəqiqədə saxlayaraq matçı təxirə salıb.

Mənbə: TyC Sports

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri