Okt
2022
10:26
421
17
3123
Virtual karabakh

Qurban Qurbanov: “Gərginlik həddindən artıq hiss olunurdu”

7 Okt, 2022
10:26
3123

Qurban Qurbanov: “Gərginlik həddindən artıq hiss olunurdu”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis təzyiqlərə baxmayaraq, oyunçuların çox peşəkar və soyuqqanlı olduğunu bildirib:

“Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir”.

Qurbanov vacib qarşılaşmada dəyərli üç xal qazandıqlarını söyləyib:

“Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri