Okt
2022
13:10
212
24
8286
Virtual karabakh

Mahmudovla Şeydayev “Instagram”da bir-birinə söz atdılar - FOTO

7 Okt, 2022
13:10
8286

Mahmudovla Şeydayev “Instagram”da bir-birinə söz atdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vurduğu baxımlı qolla “Qarabağ”ın səfərdə “Olimpiakos” üzərində 0:3 hesablı inamlı qələbəsində pay sahibi olan Ramil Şeydayev azarkeşlərdən və öz həmkarlarından çoxlu sayda təbrik alıb.

“Instagram”da futbolçunu təbrik edənlər arasında forvardın “Neftçi”dəki rəqibi, milli komandamızın üzvü Emin Mahmudov da olub.

O, Ramil Şeydayevin paylaşımına: “Bu nə qol idi belə! Möhtəşəm, Ramil!” - şərhini yazıb.

“Qarabağ”ın hücumçusunun Mahmudova cavabı isə belə olub:

“Çox sağ ol, Emin. Sizin komandaya da məhz beləsini vurmaq istəyirəm”.

Öz növbəsində Emin Mahmudov Şeydayevə cavabında qeyd edib ki, “Neftçi”yə qol vurmaqdansa, eyni uğuru millidə həyata keçirmək daha məqsədəuyğundur.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” səfərdə “Olimpiakos” üzərində 0:3 hesablı inamlı qələbə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri