Okt
2022
12:40
132
11
778
Virtual karabakh

Şuşanın “Qarabağ” reqbi klubu Gürcüstanda təşkil edilən turnirdə iştirak edəcək

7 Okt, 2022
12:40
778

Şuşanın “Qarabağ” reqbi klubu Gürcüstanda təşkil edilən turnirdə iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisidə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında idmanın reqbi növü üzrə beynəlxalq turnir keçiriləcək.

Turnir gürcü reqbi mütəxəssisi Sulxan Sulxanişvilinin xatirəsinə həsr olunub.

Azərbaycanı yarışda Şuşanın “Qarabağ” reqbi klubu təmsil edəcək.

Oyunlar Tbilisinin “Avçala” Reqbi Stadionunda keçiriləcək.

Qeyd olunur ki, qrup mərhələsinin oyunları oktyabrın 9-da, yerli vaxtla saat 13:00-da, turnirin final matçı isə saat 17:20-də start götürəcək.

Öz növbəsində “Qarabağ” reqbi klubu Gürcüstanda və Tbilisidə yaşayan soydaşlarımıza müraciət edib.

Klub rəhbərliyi soydaşlarımızdan “Qarabağ” reqbi klubunun oyunlarında iştirak edərək idmançılarımızdan öz dəstəyini əsirgəməməyi xahiş edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri