Okt
2022
19:27
144
46
2831
Virtual karabakh

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub - FOTO

7 Okt, 2022
19:27
2831

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub - FOTO

Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) iştirak edəcək.

Bu gün Dünya Güləş Birliyi tərəfindən püşkatma mərasimi keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb.

Millimiz B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.

Reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq.

Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək. İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaq. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri