29 
Okt
2022
08:26
108
26
1606
Virtual karabakh

Formula 1 çempionu 7 milyon dollar cərimələnib

29 Okt, 2022
08:26
1606

Formula 1 çempionu 7 milyon dollar cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ildə Konstruktorlar Kubokunun qalibi olan “Red Bull Racing” Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ağır cərimə olunub.

FİA-nın rəsmi saytının məlumatına görə, “Qırmızı öküz”lər 7 milyon dollar cərimələniblər.

Cəzaya səbəb büdcənin maksimal limiti 1,864 milyon funt-sterlinq aşmasıdır. Bu, ötən mövsüm üçün maksimum büdcə limitindən 1,6 faiz çoxdur.

Qeyd olunur ki, komanda vergi güzəştlərinin düzgün tətbiqi ilə belə lüzumsuz xərclərdən qaça bilərdi.

Xatırladaq ki, cari ildə “Red Bull Racing” 2013-cü ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub. Bu, Maks Ferstappenin ABŞ Qran Prisində qələbəsindən sonra baş verib.

Mənbə: vesti.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri