Noy
2022
21:35
136
20
1746
Virtual karabakh

Konfrans Liqası: “Başakşehir” 1/8 finala, “Fiorentina” pley-offa yüksəlib

3 Noy, 2022
21:35
1746

Konfrans Liqası: “Başakşehir” 1/8 finala, “Fiorentina” pley-offa yüksəlib

UEFA Konfrans Liqasının qrup mərhələsində VI tura start verilib.

Oxu.Az-ın  məlumatına görə, artıq A qrupunda mübarizəyə yekun vurulub.

Türkiyə "Başakşehir"i İstanbulda Şotlandiyanın "Harts" klubunu 3:1 hesabı ilə məğlub edərək, lider kimi 1/8 finala yüksəlib. Latviyada RFŞ komandasına 3:0 hesabı ilə qalib gələn İtaliya "Fiorentina"sı isə qrupu 2-ci pillədə tamamlayıb. Florensiyalılar pley-offda Çempionlar Liqasından gələn komanda ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
Qrup mərhələsi, VI tur
3 noyabr

A qrupu

RFŞ (Latviya) - "Fiorentina" (İtaliya) - 0:3

 "Başakşehir" (Türkiyə) - "Harts" (Şotlandiya) - 3:1

Xal durumu: "Başakşehir" - 13, "Fiorentina" - 13, "Harts" - 6, RFŞ - 2

Qeyd edək ki, "Başakşehir" və "Fiorentina" ilə yanaşı, Türkiyənin "Sivasspor", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal", Niderlandın "AZ Alkmaar", Ukraynanın "Dnepr-1" və İsveçin "Yurqorden" komandaları da qrupdan çıxmağı təmin ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri