21 
Noy
2022
22:00
217
56
4778
Virtual karabakh

DÇ-2022: Niderland Seneqala iki qolla qalib gəldi - YENİLƏNİB + VİDEO

21 Noy, 2022
22:00
4778

DÇ-2022: Niderland Seneqala iki qolla qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyunu başa çatıb.  

Oxu.Az xəbər verir ki, qarşılaşma Niderlandın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qolları 85-ci dəqiqədə Kodi Qakpo, 90+9-cu dəqiqədə isə Devi Klaasen vurub. 

21:45

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyununda hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində Qakpo fərqlənib. 

21:06

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyununda ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, oyunda hesab açılmayıb. 

20:51

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyununda ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, oyunda hesab açılmayıb. 

20:01

Qətərdə keçirilən dünya çempionatında A qrupunun Seneqal - Niderland oyunu başlayıb. 

Oxu.Az xəbər verir ki, görüşdə hesab açılmayıb. 

19:43

Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək Seneqal və Niderland milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali, Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta

Niderland: Andris Noppert, Denzel Dümfris, Matteys de Liqt, Vircil van Deyk, Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yong, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri