21 
Noy
2022
23:57
19
163
1792
Virtual karabakh

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

21 Noy, 2022
23:57
1792

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.

“Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2,5:1,5.

IV turda isə Polşanı sınağa çəkən Azərbaycan yığması sülhə razılaşıb - 2:2.

Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri