22 
Noy
2022
19:04
180
25
2786
Virtual karabakh

DÇ-2022: Danimarka - Tunis oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB + FOTO

22 Noy, 2022
19:04
2786

DÇ-2022: Danimarka - Tunis oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura start verilib.

Oxu.Az-ın məlumatına görə, qrupun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.

Görüşdə qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, bu qrupun digər matçında son dünya çempionu Fransa Avstraliya ilə qarşılaşacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

18:12

Qətərdəki dünya çempionatında Danimarka və Tunis yığmaları arasında keçirilən D qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

Oxu.Az-ın məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0

17:52

Danimarka və Tunis milliləri arasında görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. 

17:50

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda D qrupunda Danimarka və Tunis milliləri arasında qarşılaşma start götürüb. 

17:01

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Danimarka və Tunis yığmalarının start heyətləri bəlli olub.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Danimarka: 1. Kasper Şmeyxel, 2. Yoaxim Andersen, 4. Simon Kyaer, 5. Yoakim Maehle, 6. Andreas Kristensen, 8. Tomas Delani, 10. Kristian Eriksen, 11. Andreas Skov Olsen, 12. Kasper Dolberq, 13. Rasmus Kristensen, 23. Pye-Emil Hoybyerq

Tunis: 16. Aymen Dahmen, 3. Talbi, 4. Yassin Meria, 6. Dilan Bronn, 7. Yussef Msakni, 9. İssam Cebali, 14. Aysa Layduni, 17. Elyess Sxiri, 20. Mohammed Draqer, 24. Ali Abdi, 25. Anis Slimani.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri