24 
Noy
2022
03:28
32
123
2686
Virtual karabakh

Makqreqorun rusiyalı dostu viskiyə görə onu məhkəməyə verdi

24 Noy, 2022
03:28
2686

Makqreqorun rusiyalı dostu viskiyə görə onu məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyalı Konor Makqreqorun dostu, qarışıq döyüş növləri (MMA) döyüşçüsü Artem Lobov onu “Proper No.Twelve” viski markasına görə məhkəməyə verib.

Məlumata görə, rus əsilli döyüşçü dostuna içki satışı ilə bağlı biznesin yaradılmasına kömək etmək məqsədilə on milyonlarla pul verib. İndi Lobov Makqreqorun şirkətin nəzarət paketinin satışından əldə edilən gəlirin beş faizini tələb edir. O, israr edir ki, viski brendi yaratmaq ideyası ona məxsusdur.

Qeyd edək ki, “Proper No.Twelve” viskisinin satışına 2018-ci ilin payızında başlanılıb. 2021-ci ilin aprelində döyüşçü şirkətin nəzarət paketinin satışı üçün 600 milyon dollar alıb.

Lobova gəlincə, o Nijni Novqorodda anadan olub, lakin İrlandiyada yaşayır və məşq edir. Döyüşçü Makqreqorun çoxdankı dostudur. 2015-2019-cu illərdə Lobov Ultimate Fighting Championship (UFC) yarışmasında iştirak edib.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri