24 
Noy
2022
10:16
20
114
1620
Virtual karabakh

Təbrizin “Traktor” klubunun baş məşqçisi klubdan ayrılır: “Bu, zərurətdir” - FOTO

24 Noy, 2022
10:16
1620

Təbrizin “Traktor” klubunun baş məşqçisi klubdan ayrılır: “Bu, zərurətdir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təbrizin “Traktor” futbol komandasının baş məşqçisi Qurban Berdıyev klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Traktor”un saytı xəbər verib.

Qərara səbəb isə baş məşqçiyə Rusiyadan təklif gəlməsidir.

“Traktor”la ayrılmaq yalnız zərurətdən - Rusiya futbolunun ehtiyaclarına və mənəvi borcuma görə baş verir. Mən bu ölkəyə qayıtmalıyam”, - deyə Berdıyev bildirib.

Xatırladaq ki, 70 yaşlı mütəxəssisin uzun illər (2001-2013 və 2017-2019) baş məşqçisi olduğu Tatarıstanın “Rubin” klubu iki dəfə Rusiya çempionatında və ölkə Superkubokunda, bir dəfə isə Rusiya Kubokunda qələbə qazanıb. Berdıyev 2021-ci ildə Qazaxıstanın “Kayrat”  klubuna, 2022-ci ilin iyununda isə İranın “Traktor” klubuna baş məşqçi təyin olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri