24 
Noy
2022
21:44
460
34
4438
Virtual karabakh

Beş dünya çempionatında qol vurmuş Ronaldu tarixə düşüb – YENİLƏNİB

24 Noy, 2022
21:44
4438

Beş dünya çempionatında qol vurmuş Ronaldu tarixə düşüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Qətərdə keçirilə dünya çempionatında rekordları sıralayır.

37 yaşlı forvard bu dəfə Qana millisilə matçın 65-ci dəqiqəsində penaltidən qol vuraraq, çıxış etdiyi 5 dünya çempionatlarında qol vuran yeganə futbolçu olub.

21:20

Hücumçu Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında çıxış edərək Avropa rekorduna imza atıb.

Forvard Qana ilə matçda meydana çıxaraq onuncu böyük beynəlxalq turnirdə Portuqaliya yığmasında çıxış edib. İndiyədək heç bir avropalı bunu edə bilməyib.

Daha əvvəl Ronaldu Avro 2004, DÇ 2006, Avro 2008, DÇ 2010, Avro 2012, DÇ 2014, Avro 2016, DÇ 2018 və Avro 2020-yə qatılıb.

Həmçinin, Ronaldu 5-ci dünya çempionatında oynamaqla mövcud rekordu təkrarlayıb. 37 yaşlı futbolçu beş turnirdə iştirak edən altıncı oyunçu olub.

O, Meksika yığmasının sabiq qapıçısı Antonio Karbaxal, keçmiş alman müdafiəçisi Lotar Matteus, Meksika yığmasının sabiq müdafiəçisi Rafael Markes, İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon və Argentina millisinin hücumçusu Lionel Messinin nailiyyətlərini təkrarlayıb.

Ronaldo bundan əvvəl 2006, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında çıxış edib.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri