25 
Noy
2022
16:03
303
139
7456
Virtual karabakh

DÇ-2022: İran son dəqiqələrdə vurduğu iki qolla üç xal qazandı - YENİLƏNİB + VİDEO

25 Noy, 2022
16:03
7456

DÇ-2022: İran son dəqiqələrdə vurduğu iki qolla üç xal qazandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran millisi qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 9-cu dəqiqədə hesabı açıb. 

İran millisinin heyətində R.Çeşmi fərqlənib.

Bundan iki dəqiqə sonra İran millisi hesab arasındakı fərqi artırıb. Ramin Rezaeyan yekun hesabı müəyyənləşdirib. Qarşılaşma 0:2 hesabı ilə başa çatıb.

15:06

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin II turunda Uels və İran milliləri arasında qarşılaşmanın ikinci hissəsi başlayıb.

14:50

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda Uels və İran milliləri arasında qarşılaşmanın ilk hissəsi başa çatıb. 

Oxu.Az xəbər verir ki, birinci hissədə tərəflər fərqlənə bilməyiblər.

14:01

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin II turunda Uels və İran milliləri arasında qarşılaşma start götürüb.

13:12

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək Uels və İran milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

Uels: 1. Ueyn Hennessi, 5. Kris Mefam, 6. Co Rodon, 4. Ben Deyvis, 14. Konnor Roberts, 15. İtan Ampadu, 10. Aaron Remzi, 8. Harri Uilson, 3. Neko Uillyams, 11. Qaret Beyl (k), 13. Kiffer Mur

İran: 20. Hüseyn Hüseyni, 3. Ehsan Həcsəfi, 5. Milad Muhammədi, 23. Ramin Rezaeyan, 19. Macid Hüseyni, 6. Səid İzzətulahi, 17. Əli Quluzadə, 21. Əhməd Nurullahi, 20. Sərdar Azmun, 9. Mehdi Taremi, 8. Murtaza Purilaqanji.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri