25 
Noy
2022
19:02
209
28
4595
Virtual karabakh

DÇ-2022: Seneqal Qətərə qalib gəldi - YENİLƏNİB + VİDEO

25 Noy, 2022
19:02
4595

DÇ-2022: Seneqal Qətərə qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DÇ-2022-nin A qrupunun ikinci turu çərçivəsində keçirilən Qətər - Seneqal matçı başa çatıb. 

Oxu.Az xəbər verir ki, matç Seneqalın qələbəsi ilə yekunlaşıb - 3:1.

18:51

DÇ-2022-nin A qrupunun ikinci turu çərçivəsində keçirilən Qətər - Seneqal matçında hesab növbəti dəfə dəyişib. 

Oxu.Az xəbər verir ki, Qətər komandası 78-ci dəqiqədə Muntari ilə hesab arasındakı fərqi azaltsa da, Dienq 83-cü dəqiqədə Seneqalın üstünlüyünü yenidən iki topa çatdırıb - 3:1.

18:13

DÇ-2022-nin A qrupunun ikinci turu çərçivəsində keçirilən Qətər - Seneqal matçında hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində Didhu Seneqalın ikinci qolunu vurub.  

17:54

Qətər - Seneqal matçında ilk hissə başa çatıb. İlk hissədən sonra Seneqal millisini 0:1 hesabı ilə öndədir. 

17:42

Seneqal Qətərlə qarşılaşmada hesabda önə keçib. Qarşılaşmanın 41-ci dəqiqəsində Bulaye Dia fərqlənib.

17:01

Dünya çempionatının qrup mərhələsinin II turu çərçivəsində Qətər və Seneqal milliləri arasında qarşılaşma start götürüb. 

16:40

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Qətər və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Mohammed İsmael, 16. Bualem Xuki, 3.Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Al Haydos, 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif

Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali, 21.Yusuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Didu, 15. Krepin Diatta, 9. Bulaye Dia.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri