26 
Noy
2022
00:54
181
38
3832
Virtual karabakh

DÇ-2022: İngiltərə - ABŞ matçında qol olmadı - YENİLƏNİB

26 Noy, 2022
00:54
3832

DÇ-2022: İngiltərə - ABŞ matçında qol olmadı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda İngiltərə və ABŞ milliləri arasındakı oyun başa çatıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmada qol olmayıb - 0:0.

00:02

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda İngiltərə və ABŞ milliləri arasındakı oyunda ikinci hissə başlayıb. 

Oxu.Az-ın məlumatına görə, ilk hissədə qol vurulmayıb.

23:51

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda İngiltərə və ABŞ milliləri arasındakı oyunda ilk hissə başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, ilk hissədə qol vurulmayıb. 

23:02

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda İngiltərə və ABŞ milliləri arasındakı oyun başlayıb. 

Oxu.Az-ın məlumatına görə, 23:00-da start götürmüş matçda hesab açılmayıb. 

22:42

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford (q), Kiran Tripyer, Con Stounz, Harri Maquayr, Lyuk Şou, Deklan Rays, Cud Bellingem, Bukayo Saka, Meyson Maunt, Rahim Sterlinq, Harri Keyn (k)

ABŞ: Mett Terner (q), Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Haci Rayt

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri