26 
Noy
2022
21:59
206
153
4532
Virtual karabakh

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib - YENİLƏNİB - VİDEO

26 Noy, 2022
21:59
4532

DÇ-2022: Danimarkaya qalib gələn Fransa qrupdan çıxmağı təmin edib - YENİLƏNİB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Fransa və Danimarka komandaları arasında keçirilən qarşılaşmada Fransa millisi 2:1 hesablı qələbə qazanıb.

Oyunda qolları K.Mbappe (61 və 86-cı dəqiqələr) və A.Kristensen (68-ci dəqiqə) vurublar.

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər. 

21:47

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.

Qarşılaşmanın 86-cı dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qoluna imza atıb -  2:1

21:32

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.

Qarşılaşmanın 68-ci dəqiqəsində Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb. 1:1

21:25

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab açılıb. 

Qarşılaşmanın 61-ci dəqiqəsində Kilian Mbappe Fransanı önə çıxaran qola imza atıb - 1:0.

21:06

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında ikinci hissə başlayıb. 

Qarşılaşmada hesab açılmayıb.

20:51

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa - Danimarka matçında ilk hissə başa çatıb. 

Qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb - 0:0.

20:01

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda Fransa - Danimarka matçı başlayıb.

Polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb. 

19:26

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri