27 
Noy
2022
21:59
269
35
4802
Virtual karabakh

DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB + VİDEO

27 Noy, 2022
21:59
4802

DÇ-2022: Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb. 

Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.

21:33

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1. 

Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

21:08

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə start götürüb. 

Avropa təmsilçisi 2:1 hesabı ilə öndədir. 

20:54

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb. 

Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1. 

20:47

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Avropa təmsilçisi hesabda önə keçib - 2:1. 

Xorvatiya seçməsinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub. 

20:39

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1

Xorvatiya yığmasının heyətində Andrey Kramariç.36-cı dəqiqədə tarazlığı bərpa edib. 

20:05

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb. 

2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0. 

20:01

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

19:10

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Xorvatiya: Livakovic, Juranovic, Lovren, Gvardiol, Sosa, Modric, Brozovic, Kovacic, Livaja, Perisic, Kramaric.

Kanada: Borjan; Laryea, Johnston, Vitoria, Miller, Davies; Buchanan, Hatçinson, Eustaquio, Larin; David.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri